"Oyunun ciddi əhəmiyyəti olmasa da..." - Kaxaber Tsxadadze

"Oyunun ciddi əhəmiyyəti olmasa da..." - Kaxaber Tsxadadze

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 32-ci turu çərçivəsində “Karvan-Yevlax”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 2:1 hesablı qələbəni belə şərh edib:

"Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Yaxşı oynadıq. Birinci hissədə son zərbələri tamamlamaqda çətinlik çəkirdik. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Lakin bundan sonra da kombinasiyalı, üstün oyun göstərməkdə davam etdik. İki qol vurduq. Daha çox fərqlənmək imkanımız var idi. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti olmasa da, futbolçular konsentrasiyanı əldən vermədilər. Maraqlı oyun izlədik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər