"Oyunçuların bəziləri özlərinə inanmayacaqlar, amma Tuxel..." - Rio Ferdinand

"Oyunçuların bəziləri özlərinə inanmayacaqlar, amma Tuxel..." - Rio Ferdinand

İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand Tomas Tuxelin ölkəsinin yığmasına baş məşqçi təyin edilməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Mirror" onun sözlərini belə çatdırıb:

"Oyunçular xoşbəxt olacaqlar. Əminəm ki, milli üzvləri Tomasın əvvəl işlədiyi futbolçulara zəng vuraraq onun necə biri olduğunu soruşacaqlar. Məncə, oyunçuların bəziləri öncə özlərinə inanmayacaqlar, amma Tuxel onlara motivasiya verəcək. Tomas ilk gündən futbolçulara mükafat qazanmaq planlarını açıqlayacaq".

Xatırladaq ki, İngiltərə seçməsinin 51 yaşlı Tuxelə tapşırıldığı bu gün rəsmən açıqlanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər