"Çox qol buraxan komanda adətən çempion ola bilmir" - Dieqo Simeone

"Çox qol buraxan komanda adətən çempion ola bilmir" - Dieqo Simeone

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone klubdakı iş sistemindən və çempionluq üçün nəyin daha vacib olduğundan danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Atletico Universe" belə çatdırıb:

"Çox qol buraxan komanda adətən yekunda çempion ola bilmir. Hansı kollektiv qapısında daha az qol görürsə, titula da o sahib çıxır. Çox qol buraxan komandanın sonda çempionluğu bayram etməsi futbolda nadir rast gəlinən haldır. Uzun illərdir ki, bu məntiqə söykənən işlər görürük".

Xatırladaq ki, 32 xalı olan "Atletiko" La Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub. Simeonenin çalışdırdığı kollektiv lider "Barselona"dan 5, 2-ci pillədəki "Real Madrid"dən isə 1 xal geri qalır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər