"Çox məyusuq, rüsvayçı mövsüm keçiririk" - Gimarayns yenilgini şərh etdi

"Çox məyusuq, rüsvayçı mövsüm keçiririk" - Gimarayns yenilgini şərh etdi

İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində dünən keçirilən oyunda səfərdə "Brentford"a 2:4 hesabı ilə uduzan "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayns məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:

"Çox məyusuq. Biz "Liverpul"a qarşı oynadığımız kimi oynamalıydıq. İlk hissədə bir neçə yaxşı qol epizodlarımız oldu, amma ikinci yarıda xaosa çevrildik. Üçüncü qolu buraxandan sonra oyuna nəzarəti tam şəkildə itirdik. Üzgünük... Vəziyyəti dəyişmək üçün çox işləməliyik. Çünki rüsvayçı mövsüm keçiririk".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 18 matça çıxan Gimarayns 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər