"Çox çalışsaq da..." - Vasili Berezutski

"Çox çalışsaq da..." - Vasili Berezutski

Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz"un qonağı olan "Sabah"ın baş məşqçisi Vasili Berezutski oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, rus mütəxəssis 1:2 hesablı məğlubiyyəti dəyərləndirib:

- Oyunu iki hissəyə bölmək olar. Qırmızı vərəqəyə qədər və sonra. Uşaqlara döyüşdükləri üçün təşəkkür edirəm. Çox çalışsaq da, hesabı bərabərləşdirə bilmədik.

- Hakimlik və qırmızı vərəqə haqda nə deyə bilərsiniz? - Mənə aydın olmadı. Düzü, görmədim. Biz hücum edirdik, rəqib futbolçu yerdə qalmışdı. Hakim oyunu saxladı və Şafrankoya qırmızı vərəqə göstərdi.

- Artıq "Sabah" üçün çempionatın əldən getdiyini demək olar? - Əllərimizi aşağı salmayacağıq. Ruhdan düşməyəcəyik. Amma avrokuboklara vəsiqə qazanmaq baxımından kubok bizim üçün prioritetdir.

- Bu gün rusiyalı məşqçilərin duelini izlədik. Kurban Berdiyevə meydanda məğlub oldunuz, yoxsa masada? - Taktiki plandan nəsə danışmaq çox çətindir. Qırmızı vərəqədən sonra bu rəqibə qarşı oynamaq asan deyildi. "Qırmızı"ya qədər hesabda öndə olan komanda biz idik.

- "Sabah"da qalsanız, növbəti mövsüm ortaya bundan daha yaxşı oyun qoya biləcəksiniz? - Qısa deyəcəm, əlbəttə!

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər