"Çox ağır, psixoloji zərbə aldım"- Rəşad Sadıqov

"Çox ağır, psixoloji zərbə aldım"- Rəşad Sadıqov

"Belə hesabla qalib gəlmək sevindiricidi. Çatışmazlıqlar olsa da, oyuna arzulanan səviyyədə hazırlaşa bilməsək də qələbə qazandıq". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ" - "Samtredia" ( Gürcüstan) oyununun 29-cu dəqiqəsində zədə üzündən yerini yeni transfer Yakub Jezniçaka buraxan Rəşad Sadıqov deyib.

Darmadağının ardından jurnalistlərin suallarını cavablandıran kapitan əlavə edib: "Rəqib zəif deyil. Cavab oyununda daha yaxşı oynayacaqları bəllidi. Birinci oyunda 5 top vurub qalib gəlsək də, səfər oyununa ciddi hazırlaşmalıyıq".

O, zədəsinə görə məyus olduğunu gizlətməyib: "Zədəmə görə üzgünəm. Çox ağır, psixoloji zərbə aldım. Təlim-məşq toplanışından sonra çıxdığın ilk rəsmi oyunda xəsarət almaq istər-istəməz psixoloji təzyiq yaradır. Dizimdə ağrılar var, MRT müayinəsindən sonra hər şeyə daha dəqiq aydınlıq gələcək".

Rəşad onu əvəzləyən Jezniçak haqda da danışıb: "Səviyyəli futbolçudu. 15 il "Legiya"nın kapitanı olub. Məşqlərdə də özünü yaxşı tərəfdən göstərirdi. "Qarabağ"a faydası dəyəcəyinə inanıram. Deyərdim ki, bizim üçün olduqca önəmli transferdi".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər