“Ölkə kubokunun 1/4 finalının “Rəvan” – “Bakı” oyununun videoyazısına baxmışıq. Meydan sahiblərinin narazılığını haqlı sayıram. Doğurdan da hakim top “Bakı”nın futbolçusunun əlinə dəydiyi halda, penalti təyin etməyib”. Bu sözləri Fanat.az-a açıqlamasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
O, epizoda görə referi Orxan Məmmədovun məsuliyyət daşıdığını qabardıb: “Əlbəttə, qapının arxasında olan Fariz Yusifov da görməli, topun “Bakı”nın futbolçusunun dirsəyinə dəydiyini deməli idi. Ancaq əsas söz sahibi olan Orxan düzgün qərar verməyə borclu idi. Təbii ki, səhvi var. Premyer Liqanın qarşıdakı turuna təyinat almayacaq”.
Xatırladaq ki, “Rəvan” matçın 85-ci dəqiqəsində qeydə alınan və oyunun nəticəsinə təsir edən səhvə görə Hakimlər Komitəsinə şikayət ünvanlamışdı.
Fanat.az