"Neftçi"nin baş məşqçi postundan ayrılan Samir Əliyev açıqlama verib. Fanat.az xəbər verir ki, gənc mütəxəssis bunları deyib:
“Yayda klub rəhbərliyi mənə etimad göstərdi və baş məşqçi vəzifəsinə təyin olundum. Mənim üçün böyük təcrübə oldu. Əlbəttə hazırki nəticələr məni də qane etmirdi. Komandanın potensialı bundan artığını etməyə imkan verir. Əsgər Abdullayevi çoxdan tanıyıram. Onun rəhbərliyi altında gənclərdən ibarət yığma komandalarda və əsas millidə oynamışam. Əsgər müəllim məşqçilik sahəsində daha təcrübəlidi. İnanıram ki, təcrübəsi sayəsində komandaya daha çox xeyir verəcək. “Neftçi”dən və sizdən ayrılmıram. Gələcək fəaliyyətim üçün “Pro” kateqoriyalı kurslarda iştirak etməyim mənim üçün çox vacibdi. Hamınıza uğurlar arzulayıram, bu futbolçuların böyük potensialı var və “Neftçi”ni daha yüksək yerlərə daşıyacaq gücdədi”.
Fanat.az