"Onların hər ikisinin "Qızıl top"u bir neçə dəfə qazanmaq potensialı var" - Yulian Nagelsman

"Onların hər ikisinin "Qızıl top"u bir neçə dəfə qazanmaq potensialı var" - Yulian Nagelsman

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman "Bayern Münhen"in yarımmüdafiəçisi Camal Musialanın və "Bayer Leverkuzen"in futbolçusu Florian Virtsin adlarının "Qızıl top"a namizədlər arasında olmamasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sky Germany" onun sözlərini belə çatdırıb:

"Onla indiki formalarını qorusalar, nə vaxtsa hər ikisi "Qızıl top"a namizədlər arasında yer ala bilərlər. Hər ikisinin bu mükafatı bir yox, bir neçə dəfə qazanmaq potensialı var".

Xatırladaq ki, 68-ci "Qızıl top" mükafatı sahibinə oktyabrın 28-də Parisdə baş tutacaq mərasimdə təqdim ediləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər