"Roma"nın sabiq hücumçusu Antonio Kassano təcrübəli mütəxəssis Can Pyero Qasperininin paytaxt klubundakı işini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Corriere Brescia" belə çatdırıb:
"Qasperininin futbolunu bəyənirəm, amma "Roma"nın oyunu xoşuma gəlmir. "Roma"nın ifasında Qasperininin "Atalanta"da oynatdığı futbolun 1 faizini də görmürəm. Məşqçiyə istədiyi futbolçuları tapmayıblar, onlar zibilxananı xatırladan komanda qurublar. Ümid edirəm ki, Çempionlar Liqası zonasında qalacaqlar. Dördüncü yeri tuta bilməsələr, klub bossları Qasperininin uğursuzluqla üzləşdiyini deyəcəklər".
Hazırda 47 xalı olan "Roma" A Seriyasının turnir cədvəlində 4-cü pillədə mövqe tutub. "Canavarlar" lider "İnter"dən 14 xal geri qalırlar.
Toğrul