"Onda Yamaldan üstün nəsə var idi" - Fabio Kapello

"Onda Yamaldan üstün nəsə var idi" - Fabio Kapello

Tanınmış italiyalı mütəxəssis Fabio Kapello Lionel Messi ilə Lamin Yamalı müqayisə edib.

Fanat.Az xəbər verir ki, onun Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Barselona" - "İnter" (3:3) matçından sonra dediklərini "La Gazzetta dello Sport" belə çatdırıb:

"Yamal meydanı əla görür. Verdiyi ötürmələr hər şeyi deyir. Lamin həm də özünə inanan futbolçudur. Robert levandovskinin yoxluğu sezilirdi. Levandovski meydanda olsaydı, Yamalın ötürmələri daha təhlükəli alınardı. Ümid edək ki, cavab matçında da olmayacaq. Hə, mən Messini də bu yaşda görümüşəm. Onda Yamaldan daha üstün nəsə var idi".

Xatırladaq ki, Yamal "İnter"lə matçın 24-cü dəqiqəsində komandasının ilk qolunu vuraraq hesabı 1:2 edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər