"Neftçi"nin baş məşqçisi Vəli Qasımov AZAL-la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi oyundan sonra bunları deyib:
"Komandanın düzgün oyun göstərməsi mənim üçün vacibdi. "Neftçi" yaxşı oynadı, müdafiəmiz rəqibə qol imkanları yaratmağa imkan vermədi. Oyundan razı qaldım. Qol da vura bilərdik, epizodlarımız oldu, amma yararlana bilmədik".
- Bir epizodda cərimə zərbəsini Araz Abdllayevin yerinə yetirməsini istəsəniz də, Rəhman Hacıyev yerinə yetirdi..
- Düzdü, həmin epizodda kənardan cərimə zərbəsini Araz Abdullayevin vurmasını istədim, lakin sonra gördüm ki, sol ayaqla vurmaq daha asandı, ona görə də susdum.
Fanat.az