"Çətin oyun olacaq. Çalışacağıq ki, məğlub olmayaq". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Rüfət Dadaşov deyib.
Bu gün keçirilən mətbuat konfransına qatılan Dadaşov bu oyunda Rusiya klublarının diqqətini çəkməsinin mümkün olduğunu bildirib: "Ola bilər ki, bu oyundan sonra Rusiyanın ortabab klublarının maraq dairəsinə düşüm. Ancaq buna fikir vermirəm. Bütün diqqətimi öz oyunuma yönəldəcəyəm ki, komandamız qələbə qazansın".