"O, vəhşidir. Onun bizim komandamızda olması xüsusi üstünlükdür".
Fanat.Az xəbər verir ki, bu sözləri AS nəşrinə açıqlamasında "Real Madrid"in müdafiəçisi Alvaro Karreras deyib.
Arxa xətt oyunçusu İspaniya La Liqasının 23-cü turu çərçivəsində dünən səfərdə "Valensiya" üzərində qazandıqları qələbədən sonra komanda yoldaşı Kilian Mbappedən danışıb: "Mbappe ilk gündən mənim qayğıma qalıb. Onun uğurlarına görə çox şadam".
Mbappe sözügedən matçın 90+1-ci dəqiqəsində komandasının ikinci qoluna imza atıb.
Hazırda 57 xalı olan "Real" İspaniya çempionatının turnir cədvəlində 2-ci pillədə mövqe tutub.
Nihat