"O, topla irəliləyə bilməyəndə də..." - Benites Consu təriflədi

"O, topla irəliləyə bilməyəndə də..." - Benites Consu təriflədi

"Liverpul"un sabiq baş məşqçisi Rafael Benites mersisaydlıların yarımmüdafiəçisi Körtis Consdan danışıb.

Fanat.Az xəbər verir ki, "Liverpool Echo" onun sözlərini belə çatdırıb:

"Cons mənim xoşuma gəlir. Həmişə gözüm meydanda oyunu "oxuyan" yarımmüdafiəçiləri axtarır. Körtis də belədir. Hətta topla irəliləyə bilməyəndə də onu mütləq özündə saxlayır".

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 8-ci turunda "Çelsi"ni 2:1 hesabı ilə məğlub edən "Liverpul" hazırda 21 xalla turnir cədvəlinə başçılıq edir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər