"O şəkillərə görə utanmıram" - FOTOLAR

"O şəkillərə görə utanmıram" - FOTOLAR
"Özümü Robert Levandovskidən məşhur biri hesab etmirəm". Fanat.az xəbər verir ki, bu sözləri polşalı tennisçi Aqnyeska Radvanska deyib.
Gözəl tennisçi "WTA çempionu olan və bir "Qrand slam"da final oynayan ilk polşalı tenniçisən. Polşada sən daha məşhursan, yoxsa "Borussiya"da oynayan Robert Levandovski" sualına cavab verib: "Levandovski çox məşhur futbolçudu və böyük insandı. Polşada futbolu tennisdən çox sevirlər. Məncə, Levandovski bir nömrədi".
Bir müddət Radvanska ESPN dərgisi üçün çılpaq fotosessiyada iştirak etmişdi. Bundan sonra onu Polşada üzvü olduğu Katolik kilsəsindən kənarlaşdırmışdılar. Tennisçi bu məsələ barədə də danışıb: "Hə, belə bir şey olmuşdu. Məncə, Polşa mətbuatı ESPN dərgisinin nə olduğunu tam olaraq bilmirdi. Bu dünyanın ən məşhur idman dərgilərindən biridi və bir çox məşhur idmançını qonaq edib. Fikrimcə, bu məsələdə anlaşılmazlıq oldu. O şəkillərə görə utanmıram".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər