"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

"Yuventus"un sabiq müdafiəçisi, hazırda İtaliyanın U-20 millusində baş məşqçi köməkçisi qismində çalışan Leonardo Bonuççi gələcək planlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini jurnalist Canluka Di Martsionun daytı belə çatdırıb:

"Hazırda öyrənirəm. Ən qısa zamanda başlamaq istəyirəm. Hədəfim böyük klubu çalışdırmaqdır. Amma bu məqsədə doğru addım-addım irəliləmək lazımdır. Əlbəttə, baş məşqçinin öhdəlikləri futbolçu olduğum dönəmdə etdiklərimdən fərqlənir.

"Yuventus"a qayıtmaq? Bir gün o komandanın baş məşqçisi olmağı arzulayacam. Ya da İtaliya millisinin... İnsan həmişə maksimuma hədəflənir, düz deyil? Hamı bilir ki, həmişə "Yuventus"un azarkeşi olmuşam və o komandanı çalışdırmaq ən böyük məqsədimdir.

Hazırda U-20 ilə keçdiyim yoldan zövq alıram. Sonrasını zaman göstərəcək".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər