"Niyə yatdığımızı bilmirik"- Rəşad Sadiqov

"Niyə yatdığımızı bilmirik"- Rəşad Sadiqov
Bu gün Azərbaycan Kubokunun finalında "Qarabağ"a 0:2 hesabıyla uduzan "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov matçın ardından jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, Sadiqov söhbətə qısa açıqlamayla başlayıb: 

 "Çox ağır oyun alındı. Xüsusilə də ilk hissədə sanki komandamız yatmışdı. Səbəbini özümüz də bilmirik. "Qarabağ" üstün oynadı. Yəqin buna görə də heç nə edə bilmədik".

- Oyuna həddindən artıq köklənməyiniz sizinlə acı zarafat etmiş kimi olmadı ki?

 - Ola bilər. Çünki futbolçularımız çox istəkli idilər. Özlərini "yandırdılar". Adətən belə hallarda futbolçu öz istədiyini meydanda tam qoya bilmir.

 - Ürfan Abbasovun öz qapısına qol vurması da buna sübutdu... 

- Ürfan hələ gəncdi. İlk dəfədi finalda oyanyır. Stres və həyəcanın olması normaldı. Karyerasında ilk avtoqoludu. Hamının başına gələ bilər. Dəstək olmalıyıq ki, özünə gəlsin. 

- Ümumilkdə mövsümü necə dəyərləndirirsiniz? 

- Həm yaxşı, həm də pis. Yaxşı tərəfi budur ki, Avropa Liqasının qrupuna çıxdıq, çempionatda sonadək mübarizə apardıq, kubokda final oynadıq. Pis isə həm "qızıl"ı, həm də kuboku əldən verməyimizdi. İkili hisslər yaşayırıq.

 - Yeni müqavilə bağlanması ilə bağlı məsələ nə yerdədir?

 - "Qəbələ"dəki futbolçuların 90 faizi ilə müqavilə bitir. Yəqin, hamıyla danışıq aparılacaq.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər