"Nəticə oyuna görə oldu" - “Seltik”in baş məşqçisi

"Nəticə oyuna görə oldu" - “Seltik”in baş məşqçisi
“Seltik”in baş məşqçisi Ronni Deyla "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi oyundan sonra bunları deyib: 
"Bizim qol vurmaq üçün rəqiblə müqayisədə daha çox şansımız var idi. Amma onların yalnız birindən yararlana bildik. Bu da normaldı. Nəticə oyuna görədi. Çünki bizə qarşı çox yaxşı komanda mübarizə aparırdı. Onlara qarşı oynamaq asan deyildi. Ən başlıcası da odu ki, biz bu gün qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik.
Səfərdə bir qol da vursaq, rəqib artıq üçünü vurmalı olacaq. Demək olmaz ki, biz favoritik, ancaq şanslarımız pis deyil. Öz komandama inanıram, ancaq rəqibə də hörmət edirik. Növbəti oyunda göstərəcəyik ki, biz bu səviyyəyə layiqik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər