"Neftçala"nın rusvay etdiyi baş məşqçi istefa verdi

"Neftçala"nın rusvay etdiyi baş məşqçi istefa verdi

Azərbaycanın I divizionun ilk turunda 2 gün əvvəl Mingəçevirdə "Energetik" "Neftçala" ilə qarşılaşıb və aşağı dəstə autsayder komandası bu birinciliyin ötən mövsümkü çempionuna darmadağın olub - 0:12.

Fanat.az qaynar.info-ya istinadən xəbər verir ki, artıq "Energetik"in baş məşqçisi Sahib Qocayev istefa verib. O bu barədə özü məlumat verib. Ancaq istefanın klub rəhbərliyi tərəfindən qəbul olunub-olunmaması hələ bilinmir.

Qeyd edək ki, Sahib Qocayev 10 ildi Mingəçevir komandasında çalışır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər