Qış fasiləsini ölkədə keçirilən klublar arasında keçirilən turnir davam edir. Fanat.az xəbər verir ki, bu gün yarış çərçivəsində növbəti oyun baş tutub.
Günün yeganə oyununda I divizionun lideri "Neftçala" MOİK-i sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 54-cü dəqiqədə "Neftçala"dan Fərmayıl Əliyev açıb. MOİK buna 78-ci dəqiqədə Röyal Nəcəfovun penalti qolu ilə cavab verib.
| 1 | Neftci | 3 | 2 | 1 | 0 | 4-2 | 7 |
| 2 | AZAL | 3 | 2 | 0 | 1 | 5-3 | 6 |
| 3 | Neftçala | 3 | 0 | 3 | 0 | 4-4 | 3 |
| 4 | Şərurspor | 2 | 0 | 1 | 1 | 4-5 | 1 |
| 5 | MOİK | 3 | 0 | 1 | 2 | 2-5 | 1 |
Turnirin bundan əvvəl baş tutan oyunları:
Neftçi - AZAL 1:0
Neftçala - Şərurspor 2:2
AZAL - MOİK 2:0
Neftçi - Neftçala 1:1
AZAL - Şərurspor 3:2
MOİK - Neftçi 1:2
Fanat.az