"Montsa"dan qovulan Nestanın xələfi bəlli oldu - RƏSMİ

"Montsa"dan qovulan Nestanın xələfi bəlli oldu - RƏSMİ

"Milan"ın və İtaliya millisinin sabiq futbolçusu Alessandro Nestanı istefaya göndərən “Montsa” klubu yeni baş məşqçisini açıqlayıb.

Fanat.Az xəbər verir ki, A Seriyasının turnir cədvəlində 10 xalla sonuncu pillədə yer alan kollektiv Salvatore Bokkettiyə tapşırıb.

38 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

48 yaşlı Nesta cari mövsümün əvvəlindən “Montsa”nı çalışdırırdı. Onun rəhbərliyi altında 17 matça çıxan komanda 7 heç-heçə, 9 məğlubiyyət və 1 qələbə ilə yadda qalıb. 

Bokketti daha öncə yalnız 2022-ci ildə müvəqqəti baş məşqçi qismində “Verona”nı çalışdırıb. O, futbolçu karyerasının böyük hissəsini Rusiyada keçirib. Sabiq müdafiəçi 2010-2012-ci illər aralığında "Rubin"də, daha sonra Moskva "Spartak"ında (2013-2019) oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər