"Monako" möcüzəsini yaradan adam: yalnız arvadına uduzdu

"Monako" möcüzəsini yaradan adam: yalnız arvadına uduzdu

Uzun illərdi yetişdirdikləri futbolçuları fantastik məbləğlərə satmaqla məşhur olan "Portu", "Benfika", "Ayaks" belə son illərdə "Monako"nun uğurları qarşısında aciz görünür. Bu möcüzənin memarı isə rus iş adamı Dmitri Rıbalovlevdi.

2011-ci ildə 2-ci liqada çıxış edən və son pillədə qərarlaşan knyazlıq klubunu satın alan milyonçunun qurduğu sistem sayəsində "Monako" inanılmazı başardı. Bir il sonra 2-ci liqanın qalibi olan klub növbəti mövsümlərdə Liqa 1-də ilk "üçlük"də özünə yer edə bildi. Və nahəyət 2016/17 mövsümündə PSJ-nin hegemonluğuna son qoyaraq çempionluğu bayram etdi.

Beləliklə, Rıbalovlev "Monako"da inanılmaz bir möcüzənin memarı oldu. 2011-ci ildə aldığı kluba bu günədək 377 milyon avroluq futbolçu transfer edən iş adamı sadəcə son 3 mövsümdə satdığı oyunçulardan 292 milyon avro qazanıb. "Monako" bu müddətdə meydanda uğurlarını sıraladı. Və 130 milyon avroluq Kilian Mbappe, 60 milyonluq Fabinyo və 40 milyonluq Tiemou Bakayoko hələ də komandanın heyətindədi.

Satmadıqları satdıqlarından dəyərlidi

"Monako" möcüzəsini yaradan adam: yalnız arvadına uduzdu

"Monako"nun uğurları yaşıl meydanlarla məhdudlaşmır. Eyni zamanda, sözügedən Fransa təmsilçisi futbolçu satışından ən çox pul qazanan kluba çevirilib. Qeyd etdiyimiz kimi, "qırmızı-ağlar" son 3 ildə satdığı futbolçulardan 292 milyon avro qazanıb. Üstəlik, "Monako" hazırda elə bir heyətə sahibdi ki, satmadıqları satdıqlarından daha dəyərlidi. 

Komandanın ideal "11-liy"ində yer alan bütün futbolçulara Avropanın böyük klublarından təkliflər var. Qarşıdakı 10 ilə damğa vuracağı gözlənilən 18 yaşlı Mbappenin dəyəri indidən 130 milyon avroya çatıb. Yarımmüdafiəçilərdən Fabinyonun 60 milyon avroya "Mançester Yunayted"ə, Bakayokonun 40 milyon avroya "Çelsi"yə satılması gözlənilir. Digər oyunçulardan Kamil Qlikə 30, Qabriel Sidibeyə 25, Benjamin Mendiyə 20, Joao Moutinyoya 20, Valere Germainə 15 milyon avro qiymət qoyulub.

Çempionlar Liqasında yarımfinal

"Monako" möcüzəsini yaradan adam: yalnız arvadına uduzdu

"Monako" möcüzəsinin baş rolunda yer alan Dmitri Rıbolovlev bu uğurları ilə "futbol klubu sahibinə pul yox , sadəcə etibar qazandırar" deyimini tarixin arxivinə göndərdi. O, klubu satın aldıqdan sonra futbolçu alışına 377 milyon xərcləyib, son 3 ildə satışdan 292 milyon avro qazanıb. Hər 3 mövsümdə ilk "üçlük"də yer aldığı Fransa Liqa 1-i və Avropa kuboklarındakı uğurlarına qarşılıq UEFA-dan 600 milyon avroya yaxın vəsait əldə edib. 

Qeyd edək ki, 2014/15 mövsümündə Çempionlar Liqasında 1/4 final oynayan "Monako" 2016/17-də yarımfinala çıxıb. 2015/16 mövsümündə isə komanda Avropa Liqasında mübarizə aparıb.

2013/14 mövsümündə Liqa 1-də gümüş, 2014/15 və 2015/16 mövsümlərində bürünc medal qazanan Knyazlıq klubu başa çatan mövsümü çempion qismində bitirib.

Şirkətinin 53 faizini 4 milyard avroya satdı

"Monako" möcüzəsini yaradan adam: yalnız arvadına uduzdu

Bəs kimdi bu Rıbalovlev? "Forbes" jurnalının hesablamalarına görə, şəxsi sərvəti 7.4 milyard dollara çatan iş adamı həkim ailəsinin övladı olaraq 1966-cı ildə Rusiyanın Perv şəhərində dünyaya gəlib. Ailəsinin yolu ilə gedərək tibb təhsili alan Dmitri 1990-cı ildə kardioloq kimi həkim fəaliyyətinə başlayıb. Daha sonra ticarətə başlayaraq alternativ tibb məmulatları və dərman istehsalında istifadə olunan maddələrin satışı ilə məşğul olub. Bir müddət sonra bank sektoru üzrə təhsil alan gənc 1994-cü ildə şəxsi bankını qurub. Bir il sonra bankın bütün səhmlərini sataraq gübrə istehsalında istehsal olunan maddəyə yatırım edib. Bu maddənin qiyməti qısa müddətdə 5 dəfə artdığından "Uralkali" adlı gübrə şirkətinin dəyəri 35 milyard dollara qalxıb. Rıbalovlev 2010-cu ildə şirkətin 53 faiz səhmini 4 milyard avroya satıb.

Boşandığı arvadına 4,5 milyard təzminat ödədi

"Monako" möcüzəsini yaradan adam: yalnız arvadına uduzdu

Rusiyanın ən populiar insanları arasında yer alan Rıbalovlev tarixin ən bahalı boşanma davasının da qəhrəmanıdı. Cenevrə məhkəməsi 6 ay davam edən prosesin sonunda onun boşandığı arvadı Yelenaya 4,5 milyard dollar təzminat ödəməsinə qərar vermişdi. İş adamı sərvətinin yarısına bərabər səviyyədə hesablanan qərara uyğun olaraq Yelena Nyu Yorkdakı 88 milyon avro dəyərindəki binanın da sahibi olmuşdu.

117 milyon avroya ada alıb qızına hədiyyə etdi

"Monako" möcüzəsini yaradan adam: yalnız arvadına uduzdu

O, 2013-cü ildə qızı Yekaterinaya fantastik doğum günü hədiyyəsi edib. Milyader Yunanıstan sualarındakı Aristotelis Onasisin dillər əzbəri olan adası Skorpiosu 117 milyon avroya satın alıb (dəqiqləşdirsək, 99 illiyə kirayələyib) və qızına hədiyyə edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər