"Monako" italyanı qovdu

"Monako" italyanı qovdu
"Monako" baş məşqçisi Klaudio Ranyerini istefaya göndərib. Fanat.az xəbər verir ki, bu barədə məlumat verən klubun idman direktoru Vladimir Vasilyev 62 yaşlı mütəxəssislə yolları ayırdıqlarını bildirib.
Boş qalmış baş məşqçi vəzifəsinə əsas namizədlərdən birinin "Real"ın məşqçisi Zinəddin Zidan olduğu iddia edilir. Yeni baş məşqçi təyinatı yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, Ranyerinin çalışdırdığı "Monako" bu mövsüm Fransa 1-ci liqasını ikinci pillədə tamamlayaraq Çempionlar Liqasına vəsiqə qazanıb. 62 yaşlı italyan mütəxəssis əvvəllər "Lametini", "Puteolana", "Kalyari", "Napoli", "Parma", "Fiorentina", "Yuventus", "Roma", "İnter", "Valensiya", "Atletiko" və "Çelsi" klublarını çalışdırıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər