Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Fanat.Az xəbər verir ki, A qrupunda "Bayer" növbəti mərhələyə vəsiqəni təmin etmiş "Monako"nu qəbul edib.
Oyun almanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər matçında "Tottenhem" ÇSKA-ya qalib gəlib - 3:1.
Bu qrupdan "Monako" və "Bayer" 1/8 finala çıxıb, "Tottenhem" yoluna Avropa Liqasında davam etmək imkanı qazanıb.
Fanat.Az