"Mingəçevir"lə səfər görüşü 6 xallıq oyundur" - Liderin baş məşqçisi

"Mingəçevir"lə səfər görüşü 6 xallıq oyundur" - Liderin baş məşqçisi

1-ci Liqanın iddialılarından olan 7-ci turu daha bir maraqlı oyuna səhnə olacaq. Liqanın şəriksiz lideri "Şəfa" səfərdə çempionluq uğrunda mübarizə aparan "Mingəçevir"lə üz-üzə gələcək. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb "işıqçılar"la görüşdən nə gözlədiyini soruşduq.

33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu: 

"Mingəçevir yaxsı təşkilatlanmiş, əzmkar və  keyfiyyətli komandadır. Rəqib də çempionluğa iddialıdır. Bizi çox çətin səfərin gözlədiyini bilirik. Biz də yaxşı formada olan və inamlı komandayıq. Məqsədimiz hər oyunda olduğu kimi, bu matçda da qələbə qazanmaqdır. "Mingəçevir"lə səfər görüşü 6 xallıq oyundur. Qələbə qazanaraq ilk pilləni əldən verməməyə çalışacağıq".

Qeyd edək ki, "Mingəçevir" - "Şəfa" qarşılaşması noyabrın 5-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər