"Mingəçevir"in digər qapıçısının da kim olacağı bilindi

"Mingəçevir"in digər qapıçısının da kim olacağı bilindi

Qarşısına 1-ci Liqada çempion olmaq hədəfi qoyulan "Mingəçevir"in ötən mövsümü 2-ci iqa komandası "Şəmkir"də keçirən qapıçı Orxan Sadıqlını heyətinə cəlb etdiyini xəbər vermişdik.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən kollektivin digər qolkiperinin də kimliyi bəllidir.

Bu, ötən "futbol ili"ndə "Difai"nin uğurları üçün çalışmış Sahib Həsənovdur. 20 yaşlı "çərçivə" qoruyucusu artıq yeni komandası ilə müqavilə də bağlayıb.

Qeyd edək ki, 1-ci Liqada yeni mövsüm sentyabrın 11-də start götürəcək. "Mingəçevir" ilk oyununu sentyabrın 12-də, rəqib meydanında digər iddialı "Səbail"ə qarşı keçirəcək. "ASCO Arena"da baş tutacaq matçın start fiti 19:00-da səsləndiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər