"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

Füzuli Məmmədov baş məşqçisi olduğu 1-ci Liqa təmsilçisi "Mingəçevir"dən ayrılıb.

Bunu Fanat.Az-a mütəxəssisin özü açıqlayıb.

Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, sözügedən çalışdırıcı bu ilin yanvarından "şəhərlilər"in "sükanı arxası"nda idi. Komandanı 6 xalla autsayder mövqeyində qəbul edən Məmmədovun rəhbərliyi altında adından söz etdirən "Mingəçevir" mövsümün ikinci yarısında 29 xal toplayaraq yekunda 4-cü olub. Aran təmsilçisi ötən mövsüm 1-ci Liqada 2-ci və 3-cü yerləri tutaraq elitaya vəsiqəni təmin etmiş "İmişli" və "Karvan"a qarşı sərgilədiyi performansla da diqqət mərkəzinə düşüb. Səfərdə məğlub edilən "İmişli" Mingəçevirdə heç-heçəyə nail olubsa, sözügedən kollektiv Yevlaxda "Karvan"dan 1, evdə 3 xal alıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər