"Mingəçevir"in adı dəyişdirilir - EKSKLÜZİV

"Mingəçevir"in adı dəyişdirilir - EKSKLÜZİV

1-ci Liqa təmsilçisi "Mingəçevir" növbəti mövsümə yeni adla başlayacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu ilin yanvarında ASTA (Azerbaijan Sport Talents Academy) ilə tərəfdaşlıq müqaviləsi imzalayan mərkəzi aran təmsilçisi "ASTA Mingəçevir" olacaq.

Artıq ad dəyişikliyi ilə bağlı bütün prosedurlar da yerinə yetirilib.

Qeyd edək ki, ASTA ilə tərəfdaşlıq müqaviləsi bağlayana qədər 6 xalla turnir cədvəlinin sonuncu pilləsində mövqe tutan "şəhərlilər" hazırda 32 xalla 5-ci sırada qərarlaşıblar. Füzuli Məmmədovun çalışdırdığı kollektiv çempionatdakı son matçını sabah öz meydanında "Karvan"a qarşı keçirəcək.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər