"Mingəçevir"dən şikayət edən məşqçi Ramiz Məmmədovun köməkçisi oldu

"Mingəçevir"dən şikayət edən məşqçi Ramiz Məmmədovun köməkçisi oldu

"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovun bütün köməkçiləri müəyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, təyinatı bir neçə gün öncə rəsmiləşən mütəxəssisə Məqsəd Yaqubəliyev, Mehman Baxışov və Elnar Kərimov kömək edəcəklər. 

Qapıçılarla iş üzrə məşqçinin - Kərimovun təyinatı yetərincə diqqətçəkəndir. Ötən mövsümün birinci yarısında klubda eyni işi görən məşqçi 3 ay öncə maaşını ala bilmədiyi üçün "Mingəçevir"dən AFFA-ya şikayət etmişdi.

Qeyd edək ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü pillədə başa vurub. Yanvara qədər 6 xalı olan bölgə təmsilçisi mövsümün ikinci yarısında Füzuli Məmmədovun rəhbərliyi altında daha 29 xal toplayaraq adından söz etdirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər