"Mingəçevir"də yeni yarımmüdafiəçi

"Mingəçevir"də yeni yarımmüdafiəçi

1-ci Liqa təmsilçisi "Mingəçevir" transfer çalışmalarına başlayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, artıq növbəti mövsümə bu komandada başlayacaq yeni futbolçulardan birinin kimliyi də dəqiqləşib.

Bu, geridə qalan "futbol ili"ni "Zaqatala"da keçirən 25 yaşlı Rüstəm Nuriyevdir.

Nuriyevlə artıq 1+1 illik müqavilə bağlanıb.

"Mingəçevir"də yeni yarımmüdafiəçi

Xatırladaq ki, yanvar ayından Füzuli Məmmədovun rəhbərliyi altında mübarizə aparan "Mingəçevir" ötən mövsümü turnir cədvəlinin 4-cü pilləsində başa vurub. Komanda qışa qədər 9-cu yerdəki rəqibindən 6 xal geri qalsa da, yanvardan sonra daha 29 xal toplayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər