"Mingəçevir" variantı var, o da..." - Tural Rzayevin aqibəti necə olacaq?

"Mingəçevir" variantı var, o da..." - Tural Rzayevin aqibəti necə olacaq?

"Kəpəz"dən ayrılan Tural Rzayev yeni mövsümə harada başlayacağı müəyyənləşməyib.

Bunu Fanat.Az-a 31 yaşlı vingerin özü deyib:

"Kəpəz"dən ayrılmağım mənim üçün gözlənilməz olmadı. Qışda əsas komandadan uzaqlaşdırılmışdım. Hazırda karyeramı harada davam etdirəcəyim dəqiqləşməyib. "Mingəçevir" variantı var, o da hələ dəqiqləşməyib. Təklifləri nəzərdən keçirməyə hazıram. Əlbəttə ki, hələ karyeramı itirmək fikrim yoxdur. Müntəzəm oynaya biləcəyim komandada çıxış etmək istəyirəm. Nəyin necə olacağını zaman göstərəcək".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər