"Mingəçevir" daha bir legionerlə münasibətləri rəsmiləşdirdi

"Mingəçevir" daha bir legionerlə münasibətləri rəsmiləşdirdi

1-ci Liqa təmsilçisi "Mingəçevir" daha bir legionerlə müqavilə bağlayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Zambiyadan olan Kennet Kalunqadır.

Bir müddətdir "işıqçılar"ın məşqlərinə qatılan 28 yaşlı Kalunqa əsasən vinger mövqeyində çıxış edir. O, ölkəsinin U-20 millisinə dəvət alıb.

Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Aran təmsilçisi mövsüm yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər