"Mingəçevir reqatası-2024”: Daha 2 təmsilçimiz medal qazandı

"Mingəçevir reqatası-2024”: Daha 2 təmsilçimiz medal qazandı

Azərbaycanın daha iki təmsilçisi akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıb.

Fanat.Az xəbər verir ki, Amil Ramazanov qızıl, Cavid Vəlizadə bürünc mükafata sahib çıxıblar.

Onlar Aşağı Köndələnçay su anbarındakı yarışda fərqləniblər.

Ramazanov 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə kayakla mübarizədə birinci olub. Vəlizadə isə 2008-2009 təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kanoe yarışında üçüncü olub.

Qeyd edək ki, reqata oktyabrın 18-də başa çatacaq. Ötən gün Azərbaycan təmsilçiləri Mingəçevirdəki turnirdə 9 medala yiyələniblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər