"Meydanda rəqibi məhv etməyə qadir iki vinger varsa..." - Tyerri Anri Kvaratsxeliya - Dembele tandemini göylərə qaldırdı

"Meydanda rəqibi məhv etməyə qadir iki vinger varsa..." - Tyerri Anri Kvaratsxeliya - Dembele tandemini göylərə qaldırdı

"Arsenal"ın, "Barselona"nın və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Bayern Münhen" - PSJ qarşılaşmasından (1:1) sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini " L’Equipe" belə çatdırıb:

"Meydanda rəqibi məhv etməyə qadir iki vinger varsa, bu, istənilən müdafiə xətti üçün qorxulu yuxudur. Bunu PSJ-nin "Bayern"lə ikinci oyununda da gördük. Xviça Kavaratsxeliya topu ələ keçirərək hücuma atıldı və Dembeleyə ideal ötürmə verdi. O da üçüncü dəqiqədə hesabı açdı. Erkən qol matçın taleyini müəyyənləşdirdi. Xviça ilə Dembele bir-birini yaxşı başa düşürlər. Biri müdafiəçilərin diqqətini yayındırır, o biri boş zonadan lazımınca faydalanır. İnanılmaz reallıqdır. Dembele fürsət ayaxaladığı anlarda soyuqqanlıdır, Xviça isə driblinqləri və meydanı görmək bacarığı ilə rəqibi təşvişə salır".

Parisdəki ilk görüşdə 5:4 hesablı qələbəyə sevinən PSJ Almaniyadakı bərabərlik sayəsində finala yüksəlib. Fransa nəhəngi mayın 30-da Budapeştdə keçiriləcək həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələcək. Paris klubu ötən il bu turnirin qalibi olub. Enrikenin komandası Milan "İnter"ini 5:0 hesabı ilə yenib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər