"Meydan istədiyimizi etməyə imkan vermədi" - Messi şikayətləndi

"Meydan istədiyimizi etməyə imkan vermədi" - Messi şikayətləndi

Argentina millisinin superulduzu Lionel Messi milliyə qayıdışından və DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Venesuelaya qarşı keçirdikləri səfər oyunundan (1:1) danışıb.

Fanat.Az xəbər verir ki, "tanqoçular"ın mətbuat xidməti onun dediklərini belə çatdırıb:

"Yenidən oynamaq imkanını çox gölədim. Uzun müddət klubda da meydana çıxmadım. Şadam ki, qayıtdım. Yenidən burada olduğum, millinin formasını geyindiyim üçün xoşbəxtəm. 

Həqiqət budur ki, oynamaq çox çətin idi. Bu, ağır və baxımsız matç oldu. Meydan istədiyimizi etməyə imkan vermədi. Belə qarşılaşmaya hazır olmasaq da, döyüşməyə, rəqibin səhvlərindən istifadə etməyə hazır idik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər