"Bormut"la oyunda 3:3 hesablı heç-heçəyə razılaşan "Arsenal"ın baş məşqçisi Arsen Venger Məsut Özili heyətə salmamasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi türk əsilli ulduzun xəstə olduğu üçün heyətdən kənarda qaldığını bildirib:
"Onu bir həftədi görmürəm. Xəstəliyi davam edir və hələ də yataqdadı. Bu səbəbdən onu heyətə salmadım".
Fanat.Az