"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlamalar verib. Fanat.Az xəbər verir ki, kataloniyalı mütəcəssis Lionel Messidən sonra ən yaxşı futbolçunun Kevin de Bruyne olduğunu bildirib.
Qvardiola son olaraq 4:0 hesabı ilə udduqları "Bormut" matçında əla performans sərgilən futbolçunu çalışdığı ən yaxşı oyunçulardan biri adlandırıb: "Kevin Messidən sonra ən yaxşı oyunçudu. Oyunu möhtəşəm şəkildə oxuyur, anlayır. Fiziki cəhətdən çox güclüdü. Topsuz olanda da çox aqressiv oyun üslubu var. Topla qovuşduqda tamamilə dəyişir. Meydanda hər şeyi edirö Qollar vurur, ötürmələr verir. Kevin bizim oyunçumuz olduğu üçün çox şanslıyıq".
Fanat.Az