"Messi yayda "Barsa"dan ayrılacaq!" - şok iddia

"Messi yayda "Barsa"dan ayrılacaq!" - şok iddia
Tanınmış menecer François Qallardo şok iddia ilə çıxış edib. Fanat.az xəbər verir ki, o, qatıldığı bir televiziya proqramında Lionel Messinin mövsümün sonunda "Barselona"dan ayrılacağını bildirib.
Qallardo iddiasını belə əsaslandırıb: "Messi "Barselona"nın onu aldatdığan inanır. Sentyabr ayında müqavilənin uzadılması və maaşının artırılması ilə bağlı klub rəhbərliyi ilə anlaşmışdı. Lakin "Barselona" anlaşmanı yerinə yetirmədi".
Qeyd edək ki, Messi 2000-ci ildə, 13 yaşı olarkən Argentinadan Barselonaya gəlib. O, bu ilin fevralında müqaviləsini illik 16 milyon avro maaş qarşılığında 2018-ci ilədək artırıb. Yeni müqaviləyə onun klubdan 250 milyon avroya ayrıla biləcəyi ilə bağlı maddə salınıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər