"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo

"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo böyük matçlardan öncə və sonra səsləndirdiyi bəhanələrlə, şikayətlərlə məşhurdu. Fanat.Az Mançester derbisindən öncə portuqaliyalı mütəxəssisin bu şikayət və bəhanələrindən ən məşhurlarını təqdim edir.
"Avtobusu qapı ağzında saxladılar"
"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo
"Zəfərə gedən hər yol haqqdır" prinsipi ilə çalışan və dəfələrlə müdafiə futbolu oynadıb uğur qazanan Mourinyo 2004-cü ildə "Tottenhem"lə oyunda eyni şeydən şikayət etməsi unudulmayıb: 
"Portuqaliyada bir deyim var: avtobusu gətirdilər və qapının önündə saxladılar. Bu matçı izləmək üçün 50 funt-sterlinq ödəyən bir azarkeş olsam, xəyal qırıqlığına uğrayardım. Çünki "Tottenhem" bura müdafiə olunmağa gəlmişdi".
"Futbolun düşməni"
"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo
Mourinyo komandası uğursuz çıxış edərkən diqqəti başqa yerlərə yönəltməkdə mahir olan bir mütəxəssisdi. 2005-ci ildə "Çelsi" "Barselona"ya 1:2 hesabı ilə uduzanda "Frank Raykaardı hakimlər otağına gedərkən gördüm. Gözlərimə inanmadım. Droqba meydandan qovulanda çaş-baş qaldım" demişdi. 
Lakin uzun müddət sonra Raykaardın hakimlər otağına gedərkən görmədiyini etiraf etmişdi. Bu hadisədən sonra iki oyun cəza alan Mourinyonu UEFA rəsmilərindən Volker Rot "Futbolun düşməni" adlandırmışdı.
"Venger insanları güdür"
"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo
Mourinyonun məşhur ittihamlarından biri də 2005-ci ildə Arsen Vengerə qarşı olub. Fransız mütəxəssisin "Çelsi" barədə şərhlərinə cavab verən portuqaliyalı "Görünən odu ki, Venger insanları güdməsi sevir. Bəzi insanlar var ki, evlərində oturub binoklla başqalarının evini güdürlər" demişdi.
"Saxtakar Messi"
"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo
"Çelsi" "Barselona" ilə 2006-cı ildə bir daha qarşılaşmışdı. İngiltərədəki ilk matçda Asyer del Horno Lionel Messiyə qarşı kobudluq etdiyindən meydandan qovulmuşdu. Mourinyo isə matçdan sonra argentinalı ulduzu saxtakar adlandırmışdı: "Saxtakarın katolan dilində tərcüməsi nədi?"
"Mançester Yunayted"ə ittiham
"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo
"Mançester Yunayted" azarkeşləri indi bunu xatırlamaq istəməz, amma Mourinyo bir vaxtlar onları da ittiham etmiş, komandanın hakimlərin dəstəyindən faydalandığını bildirmişdi. 2006/07 mövsümündə "Çelsi" çempionluq yarışını ikinci bitirmiş, portuqaliyalı mütəxəssis "Nyukasl"la 0:0 hesabı ilə bitən matçdan sonra bu sözləri demişdi: 
"Qarşılaşdığımız yeni futbol qaydaları bizim üçün çox çətindi. "Mançester Yunayted"lə oyunda penalti qazanmaq mümkün deyil. Bu bir iddia deyil, həqiqətdi. Mən həqiqətlərdən danışıram".
"Məni həbs edin"
"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo
"İnter"in "Sampdoriya" ilə 2010-cu ildə oynadığı görüş Mourinyonun ideal formada olduğu oyunlardan biri idi. "Mən başımı quma basdırmıram. İtaliyada cərimə meydançası 25 metr olan sadəcə bir komanda var" deyən Mourinyonun ittihamı hakimlərin yardım etdiyinə inandığı "Yuventus"a yönəlmişdi. 
"Sampdoriya" matçında "İnter"in iki futbolçusu qırmızı vərəqə almış və Mourinyo oyundan sonra unudulmaz çıxışlarından birini etmişdi: "Məni qova, həbs edə bilərsiniz. Amma mənim komandam çox güclüdü. 9 nəfərlə qalsaq belə, qazanırıq". 
Həmin il "İnter" 3 kubok qazanmışdı.
Gözə soxulan barmaq
"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo
Mourinyo İspaniya karyerası zamanı "El-Klasiko"larda aqressiv hərəkətlər ilə yaddaşlarda qaldı. Onsuz da gərgin olan rəqabəti pik nöqtəyə qaldıran hərəkəti isə mərhum Tito Vilanovaya qarşı etmişdı. İspaniya Super Kuboku uğrunda "Nou Kamp"da keçirilən matçda Marselo Kesk Fabreqasa qarşı sərt oynamış və qırmızı vərəqə almışdı. Bundan sonra meydanda gərginlik yaranmış, ehtiyat oyunçular skamyasında Mourinyonun barmağını Vilanovanın gözünə soxması aranı daha da qarışdırmışdı. Amma portuqaliyalı mütəxəssis bu hərəkətinə görə üzr istəməmişdi.
"Hər şeyi bilər Ronaldo"
"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo
Kriştiano Ronaldo İspaniyada keçirdiyi 7 mövsümdə sadəcə bir dəfə La Liqanın qalibi olub və bu çempionluq 2012-ci ildə Mourinyonun rəhbərliyi altında qazanılıb. Amma onların münasibətləri heç də qaydasında olmayıb.
"Kriştiano ilə sadəcə bir dəfə problemimiz oldu. Taktiki baxımdan bir məqamı tutdum və bəsit bir şəkildə nəyi düzəltməsinin vacibliyini bildirdim. Amma o, bunu yaxşı qarşılamadı və bundan xoşu gəlmədi. Bəlkə də şər şeyin ən yaxşısını bildiyini və baş məşqçilərin ona kömək edə bilməyəcəyini düşündüyü üçündü" deyə Mourinyo bildirmişdi.
Karneyro davası
"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo
Mourinyo "Çelsi"dəki ikinci dönəmində "Suonsi" ilə heç-heçə oynadıqları matçın ardından klub həkimi Eva Karneyronu və fizioterapist Jon Fearnı "sadəlöhv" adlandırmış, bunu kameralar önündə demişdi. Səbəbi isə hücum davam edərkən meydana girib zədələnən Eden Hazarda kömək etməmələri olmuşdu. Karneyro bundan 6 həftə sonra klubdan ayrıldı və məhkəməyə müraciət etdi. Məhkəmə sülh yolu ilə həll olundu, Mourinyo bu sözlərinə görə çox tənqid edildi.
"Mənə xəyanət etdilər"
"Messi saxtakardı, Ronaldo hər şeyi bilir" - Mourinyo
"Karneyro davası" Mourinyo üçün sonun başlancığı idi. "Lester"lə oyunda alınan məğlubiyyət (2015-ci il, dekabr) onun "Çelsi"dəki son matçı oldu. 
"King Power" stadionundakı məğlubiyyətdən sonra portuqaliyalı futbolçuları günahlandırdı: "Böyük xəyal qırıqlığı yaşayıram. Çünki əməyimə xəyanət edildi". 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər