Finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələn İspaniya millisi Avropa çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, pireneylilərin baş məşqçisi Luis de la Fuente UEFA-nın saytına açıqlamasında oyunu belə şərh edib:
"Bütün qollar ikinci hissədə vuruldu. Fasilədə futbolçularıma heç nə demədim. Sadəcə, imkanlarımızı dəyərləndirmək, matçı düzgün başa düşmək məsələsi idi. Onlar dünyanın ən yaxşılarıdır. Mən bunu əvvəllər də demişəm və öz fikrimdə qalıram. Biz oyunumuzu həmişə daha da yaxşılaşa bilərik”.
Xatırladaq ki, İspaniya millisi 2024-cü il Avropa çempionatında penalti seriyasına getmədən, keçirdiyi 7 oyunun hamısında qalib gəlib.
Mirağa