"Portuqaliyanı təbrik edirəm. Hər iki komanda dünya çempionatına gedəcək səviyyədə idi. Amma bir şey dəqiqdi ki, İbrahimoviçin olmadığı dünya çempionatına izləməyə dəyməz". Fanat.az xəbər verir ki, bu sözləri İsveç yığmasının üzvü Zlatan İbrahimoviç deyib.
Qeyd edək ki, İsveç dünya çempionatının play-off mərhələsində Portuqaliya ilə qarşılaşıb. İlk oyunda portuqaliyalılar 1:0 hesablı qələbə qazanıb və matçın yeganə qoluna Kriştiano Ronaldo imza atıb. Cavab matçında İbrahimoviç 2 qol vursa da, komanda yoldaşları Ronaldonun 3 topuna əngəl ola bilməyib.
Fanat.az