"Mənim də xeyrimə belə penalti verilməsini istəmərəm" - Rəşad Sadıqov

"Mənim də xeyrimə belə penalti verilməsini istəmərəm" - Rəşad Sadıqov

Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edən   "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov  oyundan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir k, 42 yaşlı mütəxəssis belə danışıb: 

"Yüksək yerlər uğrunda mübarizə aparan iki komanda oynadı. Meydanda amansız mübarizə getdi. Hər iki komanda qələbə istəyirdi. Oyun bizim üçün yaxşı alınırdı. İkinci hissədə əks-hücumlardan istifadə edib ikinci qolu vura bilərdik. Amma olmadı. Xırda səhv nəticəyə təsir edə bilərdi. Sonda qapımıza zərbə olmadan penalti təyin edildi. Əlimizdən gələni etdik. Futbolçularımın mübarizəsindən razı qaldım. Hesab 1:1 olandan sonra da hücum edən tərəf idik. Təəssüf ki, qələbə qazana bilmədik. Səfərdə bu cür rəqiblə oyunda 1 xal da pis nəticə deyil. 

Ola bilər qaydalarla penaltidir, haqlı qərardır. Mənim də xeyrimə belə penalti verilməsini istəmərəm. Ötürmə yoxdu. Futbolçu əlini yığışdırmağa çalışırdı. Qaydaları dəqiq bilmirəm". 

O, 3 tur davam edən qələbəsizlik seriyası barədə sualı da cavablandırıb: "Bu oyunları necə keçirmişik? "Turan Tovuz"un qapısı qarşısında 6 epizodumuz var idi. Bu gün qələbəyə daha yaxın tərəf biz idik. Sonda absurd qol buraxdıq. Sadəcə bu turlarda bizimlə müqayisədə rəqiblər daha uğurludur. Rəqiblərimiz cərimə meydançasından dabanla qol vurur. 90-cı dəqiqədə qol buraxırıq. Bu cür hadisələri keçən il də yaşamışıq. Təcrübəmiz var. Səbirli olmalıyıq. "Turan Tovuz"dan yaxşı oynadıq, "Sabah"la da başabaş mübarizə apardıq. Oyun baxımından problemimz yoxdur. Oyunumuzu inkişaf etdirməliyik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər