"Mənə "Real"dan zəng vursalar..." - Rodri

"Mənə "Real"dan zəng vursalar..." - Rodri

"Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi, bu il "Qızıl top" mükafatını qazanan Rodri "Real Madrid"dən ona zəng edəcəkləri halda, necə reaksiya verəcəyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "El Larguero" onun sözlərini belə çatdırıb:

"Real"dan zən vursalar, qürur duyaram. Əlbəttə, futbol tarixinin ən uğurlu klubundan sənə zəng vururlarsa, bu, şərəfdir. Həmişə diqqətli olmaq lazımdır".

Daha öncə "Kral klubu"nun gələn ilin yayında Rodrini heyətinə qatmağı hədəflədiyi barədə məlumatlar yayılıb.

Sözügedən oyunçu xaçvari diz bağlarından xəsarət aldığı üçün uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər