"İtkilərə baxmayaraq, komanda mübarizə apardı. Futbol səhvlər üzərində qurulub. Hər oyun səhvlərdən qol buraxırıq. Amma bu gün komandamdan razı qaldım".
Bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov ölkə kubokunun 1/4 finalında "Qəbələ" ilə oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.
O, mərhələni adlamaq istədiklərini bildirməklə yanaşı, "Qəbələ"nin güclü olduğunu da qeyd edib:"Qəbələ" ad qazanmış komandadır. Yüksək səviyyəli oyunçuları var. Bizim isə ehtiyat qüvvəmiz yoxdur. Əlimizdə material olmadığı üçün çıxılmaz vəziyyətdə qaldım. Ozobiçin ustalıq səviyyəsi göz önündədir. Ortaya 10 futbolçu da qoysaydım , xeyiri olmayacaqdı.Üç gün sonra "Neftçi" ilə derbi oyunumuz var. Bu oyuna çox ciddi hazırlaşacağıq".
Tərlan Əhmədov Topaz Premyer Liqanın 14-cü turunda "Neftçi" ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib: "Oyunun necə nəticələnəcəyini deyə bilmərəm. Mən Vanqa deyiləm. Uğuru verən gözəgörünməzdir. "Neftçi" ilə şəxsi prinsipim yoxdur. "Neftçi"nin adı var. Amma biz də çalışacağıq ki, 3 xal uğrunda mübarizə aparaq".(qol.az)
Fanat.Az