"Mən Rusiya mətbuatını da oxumuram" - Berdiyev hazırlıq planını açıqladı

"Mən Rusiya mətbuatını da oxumuram" - Berdiyev hazırlıq planını açıqladı

Misli Premyer Liqasının 16-cı turunda Yevlaxda "Kəpəz"i 2:0 hesabı ilə məğlub edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis belə danışıb:

- İlin son oyunu bizim üçün çox vacib idi. Uşaqlar məsuliyyəti tərk edirdilər. Bir neçə futbolçumuzda olan zədələrlə əlaqədar bəziləri öz mövqelərində oynamırdılar. Uşaqlara önəmli qələbəyə görə təşəkkürümü bildirdim.

- "Sabah"la son ev oyununda azarkeşlər istefaya səsləmişdilər. Sosial mediada isə fanatların narazılığını hiss etmək çətin deyildi. Bu qarşılaşmada futbolçularınız və özünüz təzyiq hiss edirdiniz? - Yox. Mən yetərincə təcrübəli məşqçiyəm. Belə şeylərə reaksiya vermirəm. 

- Köməkçiniz Yunis Hüseynov həmkarı Ayxan Abbasov barədə mətbuata sərt açıqlamalar verir. Klub adından danışır. Sizin bundan xəbəriniz var? - Mən heç nə oxumuram.

- Azərbaycan mətbuatında yazılanlar sizin üçün maraqlı deyil? - Rusiya mətbuatını da oxumuram. Öz işimi görürəm. 

- Qış hazırlıq planları dəqiqləşib? - 4-18 yanvar aralığında Türkiyədə hazırlaşacağıq. Gələn ayın 10-da və 17-də yoxlama oyunları keçirəcəyik.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər