"Mən oyunçulara heç nə təklif etmirəm" - Flik suala belə cavab verdi

"Mən oyunçulara heç nə təklif etmirəm" - Flik suala belə cavab verdi

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın 34 yaşlı qapıçısı Voytsex Şensnının komandadakı aqibətinin necə olacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb: 

"Mən oyunçulara heç nə təklif etmirəm. Bu, idman direktoru Dekunun və başqalarının işidir. Mən diqqətimi komandaya yönəltmişəm. Onu deyə bilərəm ki, biz Şensnıdan çox razıyıq. Bu qədər". 

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 12 matça çıxan Şensnı bunlardan 6-da qapısını toxunulmaz saxlayıb. Polşalı qolkiperin "Barsa" ilə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı təcrübəli "çərçivə" qoruyucusunun transfer qiymətini 1 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər