"Mən onun böyük fanatıyam" - Levandovskiyə təklif göndərən klubun baş məşqçisi

"Mən onun böyük fanatıyam" - Levandovskiyə təklif göndərən klubun baş məşqçisi

"Çikaqo Fayr"ın baş məşqçisi Qreqq Berhalter "Barselona"nın 37 yaşlı hücumçusu Robert Levandovskinin MLS klubuna mümkün transferi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sport.es" belə çatdırıb:

"Levandovski ilə "Çikaqo Fayr"ın apardığı danışıqları müzakirə etməyəcəm, amma əminliklə deyə bilərəm ki, o, möhtəşəm oyunçudur. Son 15 ildə Avropanın 5 aparıcı çempionatında Levandovskidən çox qol vuran olmayıb. Robert öz keyfiyyətlərini oynadığı istənilən klubda ortaya qoyur. Mən onun böyük fanatıyam, karyerası ilə illərdir ki, maraqlanıram. Siz futbolu və qolları sevirsinizsə, Levandovskinin oyununa mütləq dəyər verəcəksiniz".

Daha öncə "Çikaqo Fayr"ın polşalı ulduza yüksək maaş fonunda 2 illik müqavilə təklif etdiyi açıqlanıb. Cari mövsüm bütün turnirlərdə 28 matça çıxan Levandovski 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçunun "Barselona" ilə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 9 milyon avro ilə dəyərləndirir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər