"Mən olduğum müddətdə Messi komandada qalacaq"

"Mən olduğum müddətdə Messi komandada qalacaq"
"Barselona"nın prezidenti Sandro Rosell Lionel Messi barədə açıqlama verib. Fanat.az xəbər verir ki, klub rəhbəri argentinalı ulduzun komandada qalacağını bildirib.
Rossel deyib ki, o, klubun prezidenti olduğu müəddətdə Messinin "Barselona"dan getməyəcək: "Mən burda olduğum müddətdə Messini komandada saxlamaq üçün hər şeyi edəcəm. Ən azı mənim prezident olduğum müddətdə o, komandadan getməyəcək".
Qeyd edək ki, bir neçə gün əvvəl "Barselona"nın vitse-prezidenti Xavyer Faus Messinin maaşını artırmayacaqlarını bildirmişdi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər