"Mən istədiyim oyunu göstərdilər" - Tərlan Əhmədov

"Mən istədiyim oyunu göstərdilər" - Tərlan Əhmədov

Topaz Premyar Liqasının VII turu çərçivəsində növbəti oyun keçirilib. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan AZAL "Sumqayıt"ın qonağı olub. 

Fanat.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov görüşlə bağlı fikirlərini bölüşüb: "Açığı, ilk hissədə daha yaxşı oynadıq. Yekunda heç-heçə oldu. Bir xal da bir xaldı. Futbolçularıma təşəkkür edirəm. Mən istədiyim oyunu göstərdilər. Qarşıda fasilə var. Çalışacağıq yoxlama oyunlarında durumumuzu düzəldək".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər